Dünya

Sankt-Peterburqun mərkəzində altımərtəbəli bina çökdü – FOTO/VİDEO

Sharing is caring!


Rusiyanın Sankt-Peterburq şəhərində altımərtəbəli bina çöküb.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Bildirilir ki, şəhərin mərkəzindəki bina hostel kimi istifadə olunub. Bir neçə günə kimi binada yaşayış olub, ancaq divarın bir hissəsi uçduğu üçün sakinlər təxliyə ediliblər.

Xilasedicilər hələ də dağıntıları təmizləməkdə davam edirlər, hadisə yerinə kinoloqlar da cəlb olunublar.

Fövqəladə Hallar Nazirliyi hələlik bu barədə məlumat verməsə də, qonşulardan biri yanğınsöndürənlərin zərərçəkmişi dağıntılar altından necə çıxardıqlarını görüb.

Qonşu binadakı sakinlər təxliyə olunublar.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir