İdman

İspaniyalı futbolçu: “Bakıdakı uçuş bir az gecikdi və milliyə dəvət aldığımı öyrəndim” – VİDEO

Sharing is caring!


“Qarabağ”la oyundan sonra Almaniyaya qayıtmaq üçün hava limanında idik. Uçuş bir az gecikdi, heyətlə tanış olmaq üçün vaxtımız oldu və siyahıda olduğumu gördüm”.

Bunu ilk dəfə İspaniyanın əsas millisinə dəvət alan “Bayer 04”ün futbolçusu Alexandro Qrimaldo İspaniya Kral Futbol Federasiyanın Mətbuat Xidmətinə açıqlamasında deyib.

28 yaşlı cinah müdafiəçisi həmin vaxt ailəsi və dostları ilə danışa bilmədiyini söyləyib:

“Leverkuzenə çatanda telefonum mesajlarla dolu idi. Bu, sevincli anlar oldu”.

Qeyd edək ki, “Bayer 04” Bakıdakı oyunda “Qarabağ”ı minimal hesabla məğlub edib – 1:0.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir