İdman

Levandovski “Barselona”dan ayrılır?

Sharing is caring!


“Barselona”nın polşalı hücumçusu Robert Levandovski Kataloniya klubunu tərk edə bilər.

Mənbə iddia edir ki, 35 yaşlı forvard karyerasını Səudiyyə Ərəbistanı, ABŞ və ya Almaniyada davam etdirə bilər.

İddiaya görə, hazırda futbolçu ilə daha çox Dortmund “Borussiya”sı maraqlanır, öz növbəsində futbolçu da sabiq klubuna qayıtmaq ehtimalını istisna etmir.

Məlumat üçün əlavə edək ki, La Liqanın 13-cü turundan sonra “Barselona” turnir cədvəlində 30 xalla 3-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 34 xalla “Jirona” başçılıq edir.

Mənbə: Todofichajes

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir