Cəmiyyət

Xırdalanda müəllimin açıqlaması valideynlər arasında çaşqınlıq yaradıb – VİDEO

Sharing is caring!


Söküntü ilə əlaqədar Xırdalan şəhərində yerləşən səkkiz nömrəli məktəbin şagirdləri bu ilin yanvarından dərslərini Masazırdakı təhsil müəssisələrinin birində davam etdiriblər.

Xezerxeber.az xəbər verir ki, müəyyən müddət şagirdlərin daşınması üçün nəqliyyat xidməti göstərilib. Valideylərin iddialarına görə, müəllimlərdən biri onlara məlumat verib ki, sentyabrdan etibarən onlar övladlarını özləri Masazıra aparmalı olacaqlar. Yəni nəqliyyat xidməti dayandırılıb.

Valideynlərin bildiriblər ki, məsafənin əlverişsiz olması onları çıxılmaz vəziyyətə salıb. Hətta uşaqlarının hansı məktəbdə təhsil alacaqlarını belə bilmirlər.

Məsələ ilə bağlı Abşeron – Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, səkkiz nömrəli məktəbin şagirdləri bu il təhsillərini Xırdalandakı 11 nömrəli məktəbdə davam etdirəcəklər. Təhsil müəssisələri arasındakı məsafə üçün nəqliyyat xidmətinə ehtiyac yoxdur.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir