Dünya

HƏMAS üzvündən içərisində bir milyon dollar olan çamadan tapılıb – FOTO

Sharing is caring!


İsrail Müdafiə Ordusu (SAXAL) HƏMAS üzvündən içərisində 1,36 milyon dollar nağd pul olan çamadanlar tapıb.

Bu barədə SAXAL-ın mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.

“Cəbaliyadakı əməliyyatlar zamanı SAXAL əsgərləri HƏMAS-ın yüksəkrütbəli terrorçusunun evində terror fəaliyyəti üçün nəzərdə tutulmuş 5 milyon şekel (1,3 milyon ABŞ dolları / 2,3 milyon manat) dəyərində pul aşkarlayıblar”, – deyə məlumatda vurğulanıb.

İsrail ordusunun rəsmiləri, həmçinin qeyd ediblər ki, pullar çoxlu silahla birlikdə çamadanlarda tapılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir