Cəmiyyət

Əmisinin taleyini yaşayan şəhid İlyas Şahvələdov – VİDEO

Sharing is caring!

Eyni ad, eyni alın yazısı… Vətən müharibəsi şəhidi İlyas Şahvələdov şəhid əmisi İlyasın adını daşıyırdı. Şəhidin əmisi Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olub. İlyas da əmisi kimi qəhrəman olmaq istəyirdi və öz arzusuna da çatdı. 

Əslən Laçın rayonunun Qorçu kəndindən olan İlyas Bərdədə doğulub boya-başa çatıb. Qəlbi elə uşaqlıqdan vətən sevgisi ilə döyünüb. Həqiqi hərbi xidməti bitirdikdən sonra müddətdən artıq xidmətə başlayıb. Döyüşlərə də könüllü olaraq qatılıb.

Tək doğmalarının deyil, bütün el-obanın fəxri olan İlyas Şahvələdov oktyabrın 10-u Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Hər kəsin yaddaşında da 24 yaşlı qəhrəman kimi qalıb. 

Qeyd edək ki, İlyas Şahvələdov Aprel döyüşlərində iştirak edib və göstərdiyi şücaətə görə xüsusi medal və fəxri fərmanlarla təltif olunub.

Şahvələdovlar ailəsinin igid oğlu Vətən müharibəsindəki xidmətlərinə görə isə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir