Dünya

İranda 57 milyard dollarlıq korrupsiya – FOTO

Sharing is caring!


İranda korrupsiyanın ümumi məbləği 57 milyard dollar qiymətləndirilir.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

“Ölkədə hər ay daha böyük korrupsiya xəbərləri olacaq. İranda iri mənimsəmələrdə baş verən oğurluqların ümumi məbləği 57 milyard dollardan çox qiymətləndirilir. Bu rəqəm Cənubi Koreyanın Beynəlxalq Valyuta Fondundan götürdüyü ümumi kreditə bərabərdir və müflisləşmiş iqtisadiyyatını xilas etməklə yanaşı, dünyanın ən yaxşı iqtisadiyyatına sahib 10 ölkədən birinə çevrilib”, – deyə İran parlamentinin keçmiş üzvü və Əllamə Təbatəbai Universitetinin professoru Hişmətullah Fəlahətpişe bununla bağlı bildirib.

O, hakimiyyət rəsmilərinin yanaşma tərzinin daha böyük korrupsiya hallarına yol açacağını qeyd edib. Parlamentin keçmiş üzvü ifşa edilən böyük korrupsiya halları qarşısında İbrahim Rəisi hökuməti və parlamentin səssiz qalmasını kəskin tənqid edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir