Cəmiyyət

Masazırda çirkab sularının gölə axıdılması ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB + FOTOREPORTAJ

Sharing is caring!


Abşeronda çirkab suların gölə axıdılması ilə bağlı yayımlanan görüntülərə Rayonun İcra Hakimiyyəti münasibət bildirib.

Abşeron Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Əliyev Fariz Oxu.Az-a açıqlamasında bildirib ki, rayon ərazisində əhalinin sıx məskunlaşması bəzi problemlərin yaranmasına səbəb olur:

“Son 20 il ərzində rayonun yaşayış məntəqələri sürətlə böyüyüb, əhalinin sayı artıb. Bu da öz növbəsində kommunal xidmətlər sahəsində bəzi problemlər yaranmasına səbəb olub. Son dövrlərdə rayon ərazisində elektrik enerjisi və təbii qaz təminatında problemlər aradan qaldırılıb, rayonun yeni yaşayış məntəqələrində yeni yarımstansiyalar tikilib, elektrik enerjisi şəbəkələri qurulub və yeni qazpaylayıcı məntəqələr inşa edilib. Abşeron rayonunda içməli su və kanalizasiya şəbəkələrinin qurulması da diqqət mərkəzində saxlanılıb və yeni xətlər çəkilib. Belə ki, ötən il “Azərsu” ASC tərəfindən 16690 p/m uzunluqda su, 3450 p/m kanalizasiya xətəri çəkilib. Rayonda abadlıq, quruculuq işləri də xüsusi önəm verilən sahələrdən biridir. Abşeron Rayon İcra Hakimiyyətinin təklif və təşəbbüsü ilə “Bakı Abadlıq Xidməti” MMC tərəfindən Abşeron rayonunun bütün yaşayış məntəqələrini əhatə edən 88 küçədə ümumi uzunluğu 110 kilometrə yaxın məsafədə küçə işıqlarının quraşdırılması işləri artıq tamamlanıb. Rayonun kənd və qəsəbələrində küçə və yollar asfaltlanıb, abad məhəllələr yaradılıb. Ötən müddət ərzində rayon ərazisində küçə və yollara 14 370 kubmetr qırma daş tökülərək yayılıb, 125 400 kvadratmetr asfalt örtüyü vurulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Şamaxı-Yevlax yolundan Aşağı Güzdək qəsəbəsinə və Pirəkəşkül kəndinə qədər əsas yollar yenidən qurulub”.

Ə.Fariz Oxu.Az-da yayımlanan “Masazır çirkab suları gölə axıdılır” fotoreportajıyla bağlı bildirib ki, sözügedən ərazi Masazır kəndindəki “Qız gölü” adlanan ərazidədir:

“Hazırda bu ərazidə “Azərsu” ASC tərəfindən quraşdırılıb nasosxanadan çirkab sular mərkəzi çirkab nasosxanasına vurulur. Həmçinin Masazır kəndində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin qurulması məqsədilə Dövlət Proqramına uyğun olaraq “Azərsu” ASC tərəfindən layihə hazırlanıb və mərhələli olaraq həyata keçiriləcək. Həmçinin rayonun yaşayış məntəqələrində mövcud olan problemlərin aradan qaldırılmasına, küçə və yolların abadlaşdırılması və işıqlandırılmasına, mərkəzləşdirilmiş kanalizasiya şəbəkələrinin qurulmasına köməklik göstərilməsi məqsədilə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər edilib”.

15:32

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Azərsu” ASC Abşeron rayonunda çirkab sularının gölə axıdılması ilə bağlı görüntülərə münasibət bildirib.

“Azərsu”dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Masazır qəsəbəsinin Asif Həsənov küçəsində quruma məxsus mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil:

“Həmin çirkab suları fərdi yaşayış evlərinin sakinləri tərəfindən fərdi və primitiv qaydada xətlər çəkilərək, açıq kanallarla kənarlaşdırılır”.

14:36

Abşeron rayonunda çirkab suları gölə axıdılır. 

Belə ki, rayonun Masazır qəsəbəsi, Asif Həsənov küçəsində kanalizasiya xətti yoxdur. 

Sakinlər də çirkab sularını kiçik arx vasitəsilə gölə axıdırlar. 

PhotoStock.az ərazidən görüntülər lentə alıb:

Daha çox foto burada: PhotoStock.az

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir