İqtisadiyyat

Azərbaycan iqlim maliyyəsi ilə bağlı konsensus yaratmaq istəyir

Sharing is caring!




“COP29-a hazırlıq üzrə görülən işlər iki istiqamətdə aparılır”.

Oxu.Az bildirir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ilk istiqamət tədbirdə qəbul olunan sənədlər üzrə işlərdir. Digər istiqamət isə Azərbaycanın iqlim mövzusunda təklifləri ilə bağlıdır:

“Eyni zamanda, bir çox dövlətlərə səfərlər edilib, COP-la bağlı təcrübələr toplanılıb. COP29-la bağlı gözlənilən müzakirələr edilib.

İqlim maliyyələşdirilməsi ilə bağlı fikir ayrılıqları var. Bakı COP-u ilə bağlı əsas gözlənti tərəflər arasında fikir ayrılıqlarını nəzərə almaqla konsensus yaratmaqdır”.

Yalçın Rəfiyev COP29-dan gözlənilən yekun sənədlər üzrə danışıqlar gündəliyinə də aydınlıq gətirib.

O bildirib ki, Azərbaycan konfransa ev sahibliyi mandatı çərçivəsində bütün iştirakçı tərəflərlə danışıqlar prosesinə şəffaflıq, inklüzivlik və neytrallıq prizmasından yanaşır. 

“COP29 danışıqlarının əsas mövzuları, o cümlədən iqlim maliyyələşməsi bütün tərəflərlə əhatəli şəkildə müzakirə olunur və danışıqların uğurlu nəticələnməsi istiqamətində mümkün həll yolları üzərində fəal iş aparılır”, – deyə o əlavə edib.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir