Dünya

Tramp Putindən sitat gətirdi – VİDEO

Sharing is caring!


ABŞ-nin keçmiş prezidenti, Respublikaçılar Partiyasından dövlət başçılığına namizəd Donald Tramp hazırkı lider Co Baydeni demokratiya üçün təhlükə adlandırıb.

O, Nyu-Hempşirdə seçki kampaniyası zamanı çıxışında özünə qarşı cinayət təqibini siyasi motivli adlandırıb və Rusiya Prezidenti Vladimir Putindən sitat gətirərək bildirib ki, bu, “ABŞ siyasi sisteminin çürüklüyünü göstərir”.

Qeyd edək ki, V.Putin sentyabrda Şərq İqtisadi Forumunun plenar iclasında ABŞ sisteminin “çürük olması” barədə fikirlərini bildirib.

Xatırladaq ki, ümumilikdə, Trampa qarşı 4 cinayət işi çərçivəsində 91 maddə üzrə ittiham irəli sürülüb.

Mənbə: rbc.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir