Dünya

Hindistanda dünyanın ən böyük almaz birjası açılıb

Sharing is caring!


Hindistanda dünyanın ən böyük almaz birjası olan Surat almaz birjası rəsmi olaraq fəaliyyətə başlayıb.

Bu barədə Hindistanın baş nazirinin ofisindən məlumat verilib.

Açılış mərasimində ölkənin Baş naziri Narendra Modi də iştirak edib.

Qucarat ştatının qərbindəki Surat şəhəri ölkədə almaz emalı mərkəzi hesab olunur. 2022-ci ildə Surat almaz birjası üçün yeni ofis kompleksinin tikintisi başa çatıb. Bu bina avqust ayında ABŞ Pentaqonunu geridə qoyaraq dünyanın ən böyük ofis binası kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. Dünyanın ən böyük almaz birjasının statusu əvvəllər Mumbaydakı Bharat almaz birjasına aid idi.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir