Cəmiyyət

Goranboyda sərxoş halda avtoxuliqanlıq edən şəxs HƏBS OLUNDU – FOTO

Sharing is caring!


Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sutkanın qaranlıq vaxtında özü və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan rayon sakini Ruslan Mustafayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumata görə, Goranboy rayonunun mərkəzi küçələrində hərəkətdə olan BMW markalı avtomobilin sürücüsü davamlı şəkildə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Lakin, o, polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq, təhlükəli manevrlərlə qaydaları pozmağa davam edib. Avtomobil uzun sürən tədbirlərdən sonra dayandırılıb. Sürücü sərxoşluq müayinəsindən keçən zaman onun spirtli içkinin təsiri altında avtomobil idarə etməsi məlum olub.

R.Mustafayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o 10 sutka müddətinə inzibati qaydada həbs edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir