Dünya

İsrail əsgərləri səhvən üç girovu öldürüb, araşdırma başlanılıb

Sharing is caring!


İsrail əsgərlərinin səhvən üç silahsız girovu öldürdüyü Qəzza zolağında baş verən hadisə ilə bağlı aparılan araşdırma əsirlərin özləri ilə kiçik ağ parça daşıdığı və yarıçılpaq olduqlarını göstərir.

Bu barədə İsrail Müdafiə Ordusunun Cənub Komandanlığının yüksək rütbəli zabitlərindən biri məlumat verib.

Həmin zabit qeyd edib ki, hadisə İsrail əsgərindən bir neçə metr aralıda, binadan üç nəfərin çıxmasını görməklə başlayıb.

İstintaqın məlumatına görə, onlardan hər üçü belinə qədər paltarsız olub, bir nəfər isə əlində çubuğa taxılmış ağ əski tutub.

Onları görən hərbçi isə bunun HƏMAS yaraqlılarının İsrail əsgərləri üçün hazırladığı tələ olduğunu düşünüb və dərhal atəş açıb.

Nəticədə hərbçi iki girovu öldürüb, üçüncü şəxs yaralanıb və yenidən çıxdığı binaya qaçıb.

Bir neçə dəqiqə sonra daha əvvəl yaralanmış üçüncü girov gizləndiyi binadan yenidən çıxıb bu dəfə isə başqa bir əsgər ona səhvən atəş açıb və üçüncü şəxs də həlak olub.

Bunun ardınca öldürülən hər üçünün cəsədi şəxsiyyətinin müəyyən edilməsi üçün İsrailə aparılıb. Onların hər üçünün Qəzzada Həmas tərəfindən girov saxlanılan israillilər olduğunu təsdiqlənib.

Hazırda məsələnin detallarının araşdırması davam etdirilir.

Mənbə: The Times of Israel

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir