İdman

Çempionlar Liqası: Bu gün üç komanda 1/8 finala vəsiqəni rəsmiləşdirə bilər – AFİŞA

Sharing is caring!


Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna start veriləcək.

Oxu.Az xəbər verir ki, E, F, G və H qruplarında növbəti oyunlar keçiriləcək.

Üç komanda pley-offa vəsiqəni rəsmiləşdirə bilər. G qrupunda “Mançester Siti” və “Leypziq” qələbə təqdirində 1/8 finalda iştiraklarını təmin edəcəklər. H qrupunda isə “Barselona” buna yaxındır.

A, B, C və D qruplarında IV turun görüşləri noyabrın 8-də keçiriləcək.

Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

7 noyabr

E qrupu

00:00. “Atletiko” (İspaniya) – “Seltik” (Şotlandiya)
00:00. “Latsio” (İtaliya) – “Feyenoord” (Niderland)
Xal durumu: “Feyenoord” – 6, “Atletiko” – 5, “Latsio” – 4, “Seltik” – 1.

F qrupu

21:45. “Borussiya” (Dortmund, Almaniya) – “Nyukasl” (İngiltərə)
00:00. “Milan” (İtaliya) – PSJ (Fransa)
Xal durumu: PSJ – 6, “Borussiya” – 4, “Nyukasl” – 4, “Milan” – 2.

G qrupu

00:00. “Mançester Siti” (İngiltərə) – “Yanq Boyz” (İsveçrə)
00:00. “Srvena Zvezda” (Serbiya) – “Leypziq” (Almaniya)
Xal durumu: “Mançester Siti” – 9, “Leypziq” – 6, “Yanq Boyz” – 1, “Srvena Zvezda” – 1.

H qrupu

21:45. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Barselona” (İspaniya)
00:00. “Portu” (Portuqaliya) – “Antverpen” (Belçika)
Xal durumu: “Barselona” – 9, “Portu” – 6, “Şaxtyor” – 3, “Antverpen” – 0.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir