Dünya

Britaniyada 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrə girişi məhdudlaşdırıla bilər

Sharing is caring!


Böyük Britaniya hakimiyyəti mümkün psixi sağlamlıq problemləri səbəbindən 16 yaşdan kiçik yeniyetmələrin sosial şəbəkələrə girişini məhdudlaşdırmaq üçün tədbirləri nəzərdən keçirir.

Məlumata görə, müvafiq qanun layihəsi üzərində iş ilkin mərhələdədir. Hökumətin bəzi üzvləri bu tədbirlərin “o qədər də uzağa getməyəcəyini” düşünürlər.

Yeni məhdudiyyətlər çərçivəsində daha effektiv valideyn nəzarəti, eləcə də sosial şəbəkələrdə yaşın yoxlanılması texnologiyaları tətbiq olunacaq.

Qeyd edək ki, dünyada 8-25 yaş arasında olan hər beş şəxsdən biri psixi pozğunluqdan əziyyət çəkir. Araşdırmalar sosial mediadan daha tez-tez istifadə edən gənclər arasında psixi sağlamlığın pisləşdiyini, həmçinin siqaret, alkoqol və narkotik maddələrdən istifadənin artdığını sübut edir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir