Cəmiyyət

Bakıda yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır yaralanıb

Sharing is caring!


Bakının Xəzər rayonunda 52 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə Zirə qəsəbəsində qeydə alınıb.

1971-ci il təvəllüdlü Natiq Mahmud oğlu Bünyadov Natiq Mahmud oğlu idarə etdiyi avtomobili yol kənarındakı maneəyə çırparaq aşırıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və onurğa sütununun sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir