İdman

De Byazinin sabiq köməkçisi: “Azərbaycan millisində iki gözəl il keçirdim” – FOTO

Sharing is caring!


“Azərbaycan millisində iki gözəl il keçirdim”.

Bunu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin sabiq köməkçisi Benito Karbone “The Sun” nəşrinə açıqlamasında deyib.

Hazırda ölkəsinin “Paviya” klubuna başçılıq edən italiyalı mütəxəssis İngiltərədə komanda axtardığını bildirib:

“Orada məşqçilik etmək mənim arzumdur. Uzun müddətdir, bu xəyalımı gerçəkləşdirmək istəyirəm. Agentlərimlə birlikdə mənim üçün ən yaxşısını tapmağa çalışırıq. Məni müqavilə yox, layihənin özü maraqlandırır. Bunun hansı liqa olmasının heç bir əhəmiyyəti yoxdur”.

O, futbolçu kimi 2000-2002-ci illərdə formasını geyindiyi “Bredford”a baş məşqçi kimi qayıtmaq istədiyini gizlətməyib:

“2002-ci ildə klub müflis olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin vaxt mənə verilən evdən, avtomobildən və 2,4 milyon funt sterlinqdən imtina edərək, kluba dəstək olmağa çalışdım. Çünki bu komanda və azarkeşləri mənim üçün doğmadır”.

Qeyd edək ki, Benito Karbone 2020-2022-ci illərdə Azərbaycan yığmasının məşqçisi vəzifəsində çalışıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir