Dünya

İranda edamlar niyə artır? – VİDEO

Sharing is caring!


Həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə ciddi etirazlara baxmayaraq, İran İslam Respublikasında edamların sayı durmadan artmaqdadır.

Ötən həftə İran İnsan Haqları Təşkilatının yaydığı hesabat ölkədə edamların rekord həddə çatdığını nümayiş etdirir.

Hesabata görə, cari ilin 5 ayı ərzində edamların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 76% artıb.

Təşkilatın bildirdiyinə əsasən, bu müddətdə İranda edam edilənlər 307 nəfər olub, bunun da 142 nəfəri may ayının payına düşür. Təşkilatın vurğuladığına görə, bu ilin may ayındakı edamların sayı 2015-ci ildən bəri ən yüksək aylıq edam göstəricisidir.

O da xüsusi qeyd olunub ki, edam edilənlərdən biri cari ildə ilk dəfə olaraq camaatın gözü qarşısında edam olunub.

Bütövlükdə may ayında edam olunanların 78 nəfəri, yəni 55%-i narkotik ittihamı ilə edama məhkum edilib. Onların 30 nəfərini, yəni 21%-ni etnik bəluçlar təşkil edir, bir nəfəri isə qadındır.

“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı süjetini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir