Dünya

Ərdoğan: “Bayden “F-16” ilə bağlı Konqresə təkliflər verməyə hazır olduğunu bildirib”

Sharing is caring!


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Evin rəhbəri Co Baydenlə telefonla danışıb. Söhbət zamanı əsas müzakirə mövzusu tədarükü gözlənilən “F-16” qırıcı təyyarələri ilə bağlı irəliləyişlər olub.

Bu barədə Türkiyə lideri jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Bayden “F-16” ilə bağlı mövzuya müsbət yanaşdığını və bununla bağlı konqresə istənilən təklifi verməyə hazır olduğunu bildirib.

“Onlar bildirdilər ki, bizim İsveçə yanaşmamız və parlamentimizin verəcəyi qərar (NATO-ya üzvlüyünü ratifikasiya) onları xüsusilə maraqlandırır. Biz də İsveçə qarşı vicdanlı yanaşdığımızı, ancaq onların da terrorçuları himayə etməsini dayandırmalı olduğunu bildirdik. Qalan məsələlər onsuz da Parlament komissiyasından keçib”, – deyə Ərdoğan vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir