Dünya

Paşinyan kadr təmizləməsinə başlaylb: Uşaq bağçalarının müdirləri də işdən çıxarılırlar

Sharing is caring!


Ermənistanın baş naziri Nikol Paşinyan komandasında kadr təmizləməsi həyata keçirmək qərarına gəlib.

Belə ki, Nikol Paşinyan “Vətəndaş sazişi” partiyasının üzvü olmayan bütün məmurları tez bir zamanda vəzifədən uzaqlaşdırmağı tapşırıb.

O hesab edir ki, partiyanın ideyalarını bölüşməyən və bitərəf qalmağa davam edən bütün məmurlar mümkün qədər tez vəzifədən uzaqlaşdırılmalıdırlar.

“Bu, bütün sahələrə – səhiyyəyə, idmana, təhsilə, o cümlədən orta məktəblərə, hətta uşaq bağçalarında rəhbər vəzifə tutan rəhbər şəxslərə aiddir”, – mənbə bildirib.

Mənbə xatırladıb ki, bu günlərdə İrəvanda 11 uşaq bağçasının direktorunun işdən çıxarılması da məhz N.Paşinyanın kadr siyasətinin tərkib hissəsidir.

“Beləliklə, deyə bilərik ki, Ermənistanı “demokratiyanın qalası” elan edən məxməri inqilabçılar heç bir tənqidə, müxalif bəyanatlara, fikir müxtəlifliyinə dözümlü yanaşmaq iqtidarında deyillər”, – Ermənistanda nəşr edilən qəzet yazır.

Mənbə: “Joxovurd”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir