Dünya

Fransızlar baş nazirdən narazıdırlar: Əvəz edilməsini istəyirlər

Sharing is caring!


Fransa əhalisinin üçdə ikisi Baş nazir Elizabet Bornun öz postundan getməsini istəyir.

Bu nəticəni BVA tədqiqat mərkəzinin sorğusu göstərib.

Hazırda respondentlərin 66 faizi prezidentin baş naziri əvəz etməsini istəyib. Yayda isə bu rəqəm 60 faizdən yuxarı olmayıb.

“Milli Birlik” Partiyasının tərəfdarları bu mövqedə ön sıralardadırlar. Onların 83 faizi baş nazirin getməsini istəyir. Solçu partiyaların tərəfdarları arasında respondentlərin 71 faizi oxşar fikirdədir.

Elizabet Bornun fəaliyyətinin təsdiqlənməsi reytinqi 30 faiz təşkil edib. Fransa Prezidenti Emmanuel Makronun reytinqi isə 32 faizdir.

Mənbə: Rossiyskaya gazeta

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir