Siyasət

Ermənistan sərhədlərin delimitasiyası komissiyasının reqlamentini təsdiqləyib

Sharing is caring!


Rəsmi İrəvan bu gün keçirilən iclasda sərhədlərinin delimitasiyası üzrə Ermənistan və Azərbaycan komissiyasının iş reqlamentini təsdiqləyib.

Ermənistan mediasının məlumatına görə, bu barədə baş nazirin müavini və ölkəsinin  delimitasiyası komissiyasının rəhbəri Mher Qriqoryan bildirib.

Onun sözlərinə görə, hazırkı sənəd texniki xarakter daşıyır və görüşlərin, işlərin təşkili proseduruna aiddir.

“Növbəti mərhələdə biz başqa, daha dolğun reqlament hazırlamalıyıq. Orada prosesin metodologiyası təqdim ediləcək, “xəritə” və “hüquqi sənəd” anlayışları müəyyənləşdiriləcək. Hesab edirəm ki, metodologiyanı razılaşdırdıqdan sonra konkret sənədlər və topoqrafik xəritələr üzərində işləməyə davam edəcəyik”, – deyə Ermənistan baş nazirinin müavini bildirib.

Nazir müavini bildirib ki, bundan sonra tərəflər sənədləri bir-birinə təqdim etməyə, onları dəyərləndirməyə və fikir mübadiləsi aparmağa başlayacaqlar.

Onun sözlərinə görə, hazırkı sənəd hər iki ölkədə təsdiqləndikdən sonra dərc olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir