Cəmiyyət

İstintaq təcridxanasına telefon keçirilməsinin qarşısı alındı

Sharing is caring!


Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasına mobil telefon aparatının keçirilməsinin qarşısı alınıb.

Bu barədə Penitensiar Xidmət məlumat yayıb.

Bildirilib ki, həbs edilmiş şəxs Elşad Allahverdi oğlu Zəkiyevlə görüşə gəlmiş həyat yoldaşı Səidə Əlikram qızı Zəkiyevanın əşyalarına və üzərinə baxış keçirilən zaman corabının içində gizlətdiyi və daxilində iki ədəd danışıq kartı olan mobil telefon aparatı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir