Dünya

Teylor Sviftin turu “Ginnesin Rekordlar Kitabı”na düşüb

Sharing is caring!


Teylor Sviftin “The Eras” dünya turu bütün zamanların ən çox gəlir gətirən turu olaraq “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Məlumata görə, turun gəliri bir milyard dolları ötərək Elton Conun beş il ərzində dünya üzrə vida konsertləri verdiyi vaxt vurduğu rekordunu (939 milyon dollar) üstələyib.

Teylor Sviftin “The Eras” turu 2023-cü ilin martında başlayıb və 2024-cü ilin dekabrında başa çatacaq.

Qeyd edək ki, Sviftin konsert turu Beyonsun “Renessans” adlı iki dünya turundan iki dəfə çox gəlir əldə edib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir