Kriminal

Goranboyda oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb – FOTO

Sharing is caring!


Goranboyda oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin oktyabr ayında quldurluq etdiyinə görə saxlanılan Ümid Məmmədovun ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun digər bir cinayət əməli də aşkarlanıb.

Araşdırmalar zamanı məlum oub ki, Ü.Məmmədov 2019-cu ilin oktyabr ayında digər həmyerliləri İftixar Qurbanov və Vüsal İsgəndərli ilə cinayət əlaqəsinə girərək rayonun Qızılhacılı qəsəbə sakininin evinə qeyri-qanuni yolla daxil olaraq oradan içərisində 6 450 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi və təhlükəsizilik kamerasının yaddaş qurğusunu oğurlayıblar.

Dindirilmə zamanı şübhəli şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər, faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir