Dünya

Polşada hökumət dəyişikliyi: Moravetskini Tusk əvəz etdi

Sharing is caring!


Polşa Seyminin (parlamentin aşağı palatası) deputatları baş nazir Mateuş Moravetskinin səkkiz illik hökumətinə etimad göstərməyiblər.

Məlumata görə, cari hökumətin lehinə 190 qanunverici, əleyhinə isə 266 millət vəkili çıxıb.

15 oktyabrda parlament seçkilərindən sonra Moravetskinin kabineti etimad səsi ala bilmədiyinə görə yeni baş nazirin və onun kabinetinin üzvlərinin seçilməsi təşəbbüsü Seymə keçib.

Belə halda birləşmiş müxalifət ən böyük müxalifət qrupu olan Vətəndaş Koalisiyasının lideri Donald Tusku hökumət başçısı vəzifəsinə namizəd kimi irəli sürüb. Onun namizədliyini parlamentdə 248 deputat dəstəkləyib, 201 millət vəkili isə əlyehinə səs verib. Beləliklə də, Donald Tusk Polşanın yeni baş naziri seçilib.

Xatırladaq ki, Tusk 2007-2014-cü illərdə də ölkənin baş naziri kimi fəaliyyət göstərib və sonra beş il Avropa Şurasının prezidenti olub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir