Cəmiyyət

Məhəmməd Əmin Rəsulzadənin məzarı abadlaşdırılıb – FOTO

Sharing is caring!


Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi tərəfindən Məhəmməd Əmin Rəsulzadənin Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırlılması istiqamətində kompeks işlər görülüb.

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Məzarın kompozisiyasında dəyişiklik edilmədən məzar kompleksinin üzlük daşları daha keyfiyyətli materialla əvəzlənib, solmuş yazılar və bayraq dirəkləri yenilənib, həmçinin məzara gedən yol təmir olunub.

Abadlıq işlərinin başa çatmasının ardından Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümü ərəfəsində Azərbaycanın Türkiyədəki Səfirliyinin kollektivi görkəmli ictimai-siyası xadimin məzarını ziyarət edərək xatirəsini hörmətlə yad edib.

Qeyd edək ki, abadlaşdırma işləri Azərbaycan Prezidenti İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı çərçivəsində aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir