Dünya

Əmlakı müsadirə edilən türkiyəli fenomen aylıq qazancını açıqladı – FOTO

Sharing is caring!


Dilan-Engin Polat istintaqından sonra diqqət mərkəzinə düşən türkiyəli fenomen Eylül Öztürk aylıq qazancını açıqlayıb.

ABŞ-də 10 evi olduğu bildirilən Öztürk sosial media hesabında qazancı ilə bağlı paylaşım edib.

Öztürk verdiyi açıqlamada aylıq qazancını və gəlir mənbələrini açıqlayıb.

Fenomen çirkli pulların yuyulması və şübhəli qazanc mənbələri ilə bağlı xəbərlərə də sərt reaksiya verib və iddiaları təkzib edib.

İstintaq çərçivəsində var-dövləti müsadirə edilən və təzminat ödəyərək işçilərini işdən çıxarmalı olan Eylül Öztürk son açıqlamasında aylıq qazancının bir milyon Türkiyə lirəsinə çatdığını bildirib.

“Aylıq qazancımı sizinlə paylaşacağam. Bir müddət pulsuzluqla sınaqdan keçirildim, indi də pulla sınanıram. Vergisi ödənilibmi deyə soruşa bilərsiniz. Bəli, ödənilib. Gündə ən azı 6 reklam təklifi gəlir. Bütün elektron ticarət platformalarından qazancım məlumdur. Son dərəcə utanc içində bunları paylaşıram. Mənim zərrə qədər para-pulla işim olmayıb, dostlar”, – deyə o yayımladığı videoda qeyd edib.

“Bütün qazanclarımın mənbəyi bunlardır. Mənim gəlirim seriallardan, filmlərdən, aparıcılıqdan və teatr gəlirlərindən qaynaqlanır. Brendimdən də pul gəlir.

Hər biri 125 min dollara alınan 10 evim var və hamısı eyni anda alınmayıb”, – deyə fenomen nəzərə çatdırıb.

Eylül Öztürk ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. “İstintaq bitdikdən sonra hər şey üzə çıxacaq”, – deyə o vurğulayıb.

“Dövlətə bir lirə də borcum yoxdur, varsa, cəzasını ödəyərik”, – deyə Öztürk əlavə edib.

Xatırladaq ki, çirkli pulların yuyulmasına görə həbs edilən Dilan Polatın “Çempionlar Liqası” başlığı ilə paylaşdığı fotodakı 12 nəfərin şirkətlərinə Baş Prokurorluğun tələbi ilə qəyyum təyin edilib ki, bunlardan biri də Eylül Öztürkdür.

Mənbə: “Sabah”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir