İdman

“Beşiktaş” məğlubiyyətdən sonra ulduz futbolçuları heyətdən kənarlaşdırdı – FOTO

Sharing is caring!


Ötən gün öz meydanında “Fenerbahçe”yə 3:1 hesabı ilə uduzan “Beşiktaş”, Vensan Abubakar da daxil olmaqla beş futbolçusunu heyətdən kənarlaşdırıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə idman klubunun rəsmi “X” hesabında açıqlama verilib.

Bildirilib ki, qərar yeni rəhbərlikdə klubun futbol komandalarının baş koordinatoru təyin olunan Samet Aybaba tərəfindən verilib.

“Futbol “A” Komandamızın beş oyunçusu heyətdən çıxarılıb. Futbol Komandaları Baş Koordinatorumuz Samet Aybaba Vensan Abubakar, Valanten Rozye, Erik Bayi, Raşid Gezzal və Jan Onananın zəif performans və komanda daxilində uyğunsuz davranışlarına görə komandadan uzaqlaşdırıldığını açıqlayıb. Yeni ştat strukturu üzərində işlərimiz davam edir”, – deyə açıqlamada bildirilib.

Qeyd edək ki, sözügedən oyunda qələbə sayəsində “Fenerbahçe” 40 xalla liderliyə yüksəldiyi halda, “qara qartallar” 26 xalla 4-cü yerə yuvarlanıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir