Dünya

Premyer Liqa: “Çelsi” məğlub oldu, “Mançester Siti” ikinci hissədə dönüş etdi – VİDEO

Sharing is caring!


Futbol üzrə İngiltərə Premyer Liqasında XVI turun növbəti görüşləri keçirilib.

Oxu.Az xəbər verir ki, bu gün artıq üç qarşılaşma baş tutub.

“Çelsi” səfərdə “Everton”a məğlub olub. İlk hissə qapılara qol vurulmasa da, “Everton” ikinci hissədə təşəbbüsə yiyələnib.

46-cı dəqiqədə A.Doucur, əsas vaxta əlavə edilmiş 2-ci dəqiqədə L.Dobbinin qolları “Everton”a qələbə qazandırıb.

Qalib gələn “Everton” 13 xalla turnir cədvəlinin 17-ci, məğlub olan “Çelsi” isə 19 xalla 12-ci sırada qərarlaşıb.

Turun digər qarşılaşmasında “Mançester Siti” səfərdə “Luton”a qalib gəlib.

İlk hissədə E.Adebayo meydan sahiblərini hesabda önə çıxarsa da, ikinci hissənin 62-ci və 65-ci dəqiqəsində qollar vuran “Mançester Siti” meydandan qalib ayrılıb.

“Şəhərlilər”in heyətində müvafiq olaraq B.Silva və C.Qriliş fərqlənib.

Qələbə qazanan “Mançester Siti” turnir cədvəlində 33 xalla dördüncü pillədə qərarlaşıb. Doqquz xalı olan “Luton” 18-ci pillənin sahibidir.

Qeyd edək ki, Premyer Liqanın XVI turunun bu gün baş tutmuş bir digər qarşılaşmasında “Fulhem” evdə “Vest Hem”in qapısından beş cavabsız top keçirib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir