Kriminal

Füzuli rayonunda silah-sursat aşkar edilib – FOTO/VİDEO

Sharing is caring!


Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərində silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı səkkiz avtomat və üç qumbaraatan götürülərək aidiyyəti üzrə təhvil verilib.

Bundan əlavə, keçirilən profilaktiki tədbirlərlə rayon sakinləri tapdıqları bir ədəd snayper və bir ədəd ov tüfəngini polis əməkdaşlarına təqdim ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir