Dünya

Türkiyənin sahil şəhərlərində qorxunc hadisə: Antalya və Bodrum çimərliklərində qadın cəsədləri tapıldı – FOTO

Sharing is caring!


Türkiyənin Antalya şəhərinin Muratpaşa rayonunda qayaların dənizlə birləşdiyi ərazidə meyit tapılıb.

Qayalıq ərazidə hərəkətsiz vəziyyətdə uzanan şəxsi vətəndaşlar görərək polisə məlumat veriblər.

Hadisə yerinə polis və xilasetmə qrupları cəlb edilib. Cəsədin qadına məxsus olduğu məlum olub. Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi, ölüm səbəbinin araşdırılması üçün Antalya Ədliyyə Tibb Qurumu morquna göndərilib.

Bundan başqa, Muğla şəhərinin Bodrum rayonunda da sahildə meyit tapılıb.

Gəzintiyə çıxan vətəndaşlar günorta saatlarında dəniz sahilində hərəkətsiz uzanan adam görüblər. Hadisə yerinə gələn polis qrupları beldən yuxarısı olmayan qadın cəsədi aşkar edib. Cəsəd Muğla Ədliyyə Tibb Qurumu morquna göndərilib.

Bir mühacirə aid olduğu ehtimal edilən cəsədin şəxsiyyətinin müəyyən edilməsi üçün araşdırma başladılıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir