Dünya

Ərdoğan: “BMT-də mütləq islahatlar aparılmalıdır”

Sharing is caring!


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməsinə veto qoymasına görə kəskin tənqid edib. O, İstanbulda İnsan Haqları Gününə həsr olunmuş forumda çıxış edərək BMT-də islahatlara ehtiyac olduğunu açıqlayıb.

“Təəssüf ki, Təhlükəsizlik Şurasının bir daimi üzv – ABŞ-yə görə atəşkəs qətnaməsi rədd edildi. Biz deyirik ki, ədalətli sülh mümkündür, lakin ABŞ ilə bu, mümkün deyil”, – Türkiyə lideri bildirib.

“BMT-də mütləq islahatlar aparılmalıdır”, – o vurğulayıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir