Dünya

Ançelotti türkiyəli futbolçu ilə bağlı şad xəbəri açıqladı – FOTO

Sharing is caring!


İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelotti zədəsi səbəbindən hələ də klubun heyətində oyuna çıxa bilməyən türkiyəli futbolçu Arda Gülerlə bağlı sevindirici xəbəri açıqlayıb.

Ançelotti bu barədə La Liqada “Real Betis”lə səfər matçı öncəsi keçirdiyi mətbuat konfransında məlumat verib.

Baş məşqçi Arda Gülerin ilin sonunda və ya yanvarın əvvəlində oynamağa hazır olacağını bildirib.

“Güler ​​sağalma prosesinin son mərhələsindədir. Gələn həftədən intensiv məşqlərə başlayacaq. İlin sonunda və ya yanvarın əvvəlində matçlara hazır olacaq”, – deyə Karlo Ançelotti qeyd edib.

Xatırladaq ki, “Real Madrid”ə transfer olan türkiyəli futbolçu Arda Güler ard-arda üç dəfə zədə alıb və hazırda komandadan ayrı olaraq məşq edir.

Həmçinin qeyd edək ki, futbolçunun bütün diqqətini məşqlərə və sağalma prosesinə yönəltməsi üçün klub rəhbərliyi tərəfindən onun Türkiyə və İspaniya mətbuatı ilə görüşlərinə, haqqında xəbərlər yayılmasına qadağa qoyulub və bu qərara futbolçu özü də razılıq verib.  

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir