Müharibə

Böyük zəfərimizin memarları region gəncləri tərəfindən anılıb – FOTO

Sharing is caring!

27 Sentyabr – Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Anım Günündə Azərbaycan gəncləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbə uğrunda şəhidlik zirvəsinə ucalmış igidlərimizi yad etmək məqsədilə silsilə anım tədbirləri həyata keçiriblər.

Tədbirlər Gənclərin İnkişaf və Karyera Mərkəzinin 55 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəliklərinin təşkilatçılığı ilə gənclərin rayon ərazisində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi və Şəhidlər Xiyabanını ziyarət etməsi ilə başlayıb. Gənclər ilk öncə abidə önünə, daha sonra vətənimizin azadlığı, müstəqilliyi və qəhrəman  şəhidlərimizin məzarları üzərinə gül qoyaraq, onların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra bölgələrdə müharibə iştirakçıları və qazilərlə görüşlər keçirib, şəhidlərimizə həsr edilmiş “Zəfərin izləri” adlı rəsm sərgisi, ağacəkmə aksiyaları, veloyürüşlər təşkil olunub. Anım Gününə həsr edilmiş “Görünməyən qəhrəmanlar”, “Kod adı – Yaşma” adlı filmlər nümayiş etdirilib.

Şəhidlərimiz gənc nəsil üçün təkcə qəhrəmanlıq nümunəsi deyil, həm də Vətənə sədaqət rəmzidirlər. Azərbaycan gəncləri zəfərimizin səbəbkarlarını heç bir zaman unutmayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir