Dünya

İstanbulda Somali prezidentinin oğlunun maşınla vurduğu kuryer öldü – FOTO

Sharing is caring!


İstanbulun Fatih rayonunda Somali prezidentinin oğlunun iştirakı ilə baş verən qəzada yaralanan motosiklet kuryeri Yunus Emre Göçer xəstəxanada dünyasını dəyişib.

30 noyabr tarixində günorta saatlarında baş verən qəza zamanı motosiklet sürücüsü, 38 yaşlı Yunus Emre Göçer hərəkətdə olan motosikletinin sürətini azaldıb və yolun kənarında saxlamaq istəyib. Eyni istiqamətdə hərəkət edən Somali prezidenti Hassan Şeyx Mohamudun oğlu Mohamed Hassan Şeyx Mohamudun avtomobili motosikletə arxadan çırpılıb. Nəticədə Yunus Emre Göçer ağır yaralanıb.

Hadisə yerinə gələn sağlamlıq qrupları motosiklet sürücüsünü təcili yardımla xəstəxanaya aparıb və o, reanimasiyada müalicə olunub.

Somali prezidentinin oğlu isə polis idarəsində ifadə verdikdən sonra sərbəst buraxılıb.

Qəza anı anbaan təhlükəsizlik kamerasına əks olunub.

Nəticədə biri əlil olan iki uşaq atası Yunus Emre Göçer altı gün sonra xəstəxanada dünyasını dəyişib.

Onun cəsədi Ədliyyə Tibb Qurumunda müayinə olunduqdan sonra ailəsinə təhvil verilib. Cənazə götürüldüyü zaman Göçerin dostları motosikletləri ilə müşayiət ediblər.

Göçerin dostu Yusuf Özsoy günahkarın saxlanmaması ilə bağlı etirazını bildirib.

“Hüquqi proseslər davam edir, dostumuzu bu gün dəfn edəcəyik. Hadisə yerinə gələn yol polisləri heç bir görüntünü izləmədən sənəddə qeyd etdilər ki, motosikletçi idarəetməni itirib, daha sonra isə səkiyə çırpılaraq avtomobilin qarşısına düşüb. Vəkilimiz vasitəsilə əldə etdiyimiz görüntülərdə avtomobilin hətta əyləci də basmadığı, dostumuza arxadan çırpıldığı əks olunub. Onu vuran şəxs isə həbs edilməyib”, – deyə o qeyd edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir