İdman

Azərbaycan taekvondoçusu: “Avropa çempionatında qızıl medal qazanmağa az qalmışdı”

Sharing is caring!


“Taekvondo üzrə Avropa çempionatında qızıl medal qazanmağa çox az qalmışdı”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında taekvondo üzrə Azərbaycan millisinin üzvü, Avropa çempionatının gümüş medalçısı Cavad Ağayev deyib.

“Bildiyiniz kimi, Estoniyanın paytaxtı Tallində taekvondo üzrə böyüklər və gənclər arasında Avropa çempionatları keçirildi.

Böyüklər arasında Avropa çempionatında ikinci yerə layiq görüldüm. Düzdür, qızıl medal qazanmağa çox az qalmışdı. Bəzi kiçik səhvlərə görə qızıl medal qazana bilmədim. İnşallah, gələn dəfə qızıl medal qazanmağa çalışacağam”, – deyə C.Ağayev qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir