Dünya

İranda həbs olunan etirazçılar təcridxanaya aparılarkən təcavüzə məruz qalıblar – FOTO/VİDEO

Sharing is caring!


Beynəlxalq Əfv Təşkilatı İran həbsxanalarında cinsi işgəncələrə dair hesabat yayıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, 120 səhifəlik sənəddə İranda repressiv SEPAH, Bəsic, ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi) və hökumətə bağlı müxtəlif hərbi birləşmələr tərəfindən xalq etirazları zamanı saxlanılan qadın, kişi və uşaqların cinsi təcavüzə məruz qaldıqları bildirilib, zərərçəkənlərin bəzilərinin ifadələri hesabatda dərc edilib.

Məlumata görə, saxlanılanlar əsasən 12-48 yaş arası qadın, kişi və uşaqlardır. Onlardan 45-i təşkilata verdikləri müsahibədə bu zorakılıq və işgəncələrin məqsədini etirazçıları susdurmaq və onları daxildən məhv etmək olduqlarını bildirib.

Hesabatda habelə qeyd olunub ki, həbs edilən etirazçılardan bəziləri təcridxanaya aparılarkən avtomobilin içərisində təcavüzə məruz qalıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir