Dünya

İran öldürülən generalına görə ABŞ-dən fantastik məbləğdə təzminat istəyib

Sharing is caring!


Tehran Xarici Əlaqələr Məhkəməsinin 55-ci Şöbəsi bəyan edib ki, ABŞ hökuməti və bu ölkədəki digər 41 fiziki və hüquqi şəxs general-polkovnik Qasım Süleymaninin şəhadətinə səbəb olan cinayətlərə görə 49 milyard dollar və 770 milyon dollar təzminat ödəməyə məhkum edilib.

Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin ozamankı komandanı general-polkovnik Qasım Süleymani 2020-ci il yanvarın 3-də rəsmi dəvətlə səfər edərkən Əbu Mehdi əl-Mühəndis, İraq hakimiyyət orqanlarından İraqın Əl-Həşd əş-Şaabi sədrinin müavini və onun səkkiz yoldaşı ilə birlikdə ABŞ terrorçu qüvvələrinin Bağdad hava limanı yaxınlığında hava hücumu nəticəsində həlak olub.

Mənbə: parstoday.ir.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir