Kriminal

Masallı şəhəri ərazisində “Kalaşnikov” avtomatı aşkarlanıb – FOTO

Sharing is caring!


Masallı Rayon Polis Şöbəsinə şəhər ərazisindən silah-sursat tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan bir ədəd “AKM” markalı avtomat, həmin silaha aid patron darağı və 10 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə, Masallı RPŞ-nin əməkdaşlarının qanunsuz ov, mülki silahın saxlanması və daşınması qaydalarının pozulması hallarına  qarşı keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri V.Rüstəmov və A.Hüseynovun Sığıncaq kəndi ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz ov etdikləri müəyyən olunub. Onlardan iki ədəd ov tüfəngi və qanunsuz olaraq ovlanan çöl quşları aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində isə rayon sakinlərindən könüllü olaraq təqdim edilən beş ədəd müvafiq sənədləri olmayan ov silahı təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir