Siyasət

İrəvan merindən açıqlama: “Təpəbaşı məhəlləsi satılacaq” – VİDEO

Sharing is caring!


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Oxu.Az xəbər verir ki, “İrəvana qayıdan azərbaycanlılar bu məhəllədə məskunlaşacaq” adlı süjetdə İrəvanın Təpəbaşı ərazisinin (Kond rayonu) azərbaycanlıların yaşaması üçün tamamilə boşaldıldığı, İrəvan meri Tiqran Avinyanın bununla bağlı açıqlamasının Ermənistanda ciddi müzakirələr yaratdığı bildirilib.

Qeyd olunub ki, T.Avinyanın sözlərinə görə, gələcəkdə yeni şəhərsalma layihəsini həyata keçirmək üçün Kond rayonu tam olaraq satılacaq:

“Burada mövcud olan evlərin sənədləri yoxdur, özəlləşdirmə buna görə həyata keçiriləcək”.

Diqqətə çatdırılıb ki, bu, erməni ictimai rəyində “İrəvanın mərkəzində azərbaycanlı icması formalaşdırılır” fikirlərinin ortaya çıxmasına zəmin yaradıb:

“Ermənistan hakimiyyətinin məqsədi Təpəbaşı məhəlləsini dağıtmaq və yerində müasir memarlıq qurmaqdır. Lakin erməni ictimaiyyəti buna inanmır və hesab edirlər ki, Təpəbaşından ermənilər çıxarılacaqlar və azərbaycanlı icması burada yaşayacaq. Bu, Azərbaycanın beynəlxalq təşkilatlara müraciəti və apardığı siyasətin nəticəsində baş verəcək. Ermənistanın ictimai rəyində müxtəlif iddiaların peyda olması, son olaraq da Təpəbaşı məhəlləsi ilə bağlı “İrəvanda azərbaycanlı icması olacaq” fikirlərinin səslənməsi də Azərbaycanın geri çəkilmədiyi gündəliyindən qaynaqlanır”.

Sonda vurğulanıb ki, Qərbi Azərbaycan məsələsinə görə ermənilərin yuxusu ərşə çəkilib:

“Azərbaycanlılar öz tarixi yurdlarına ya sülh yolu ilə, ya da lazım olan başqa yollarla qayıdacaqlar. Başqa variantların baş verməsi isə Ermənistanın mövcudluğunun sual altına düşməsi ilə nəticələnə bilər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir