Dünya

Hindistanda “Miçaunq” qasırğası nəticəsində azı 17 nəfər ölüb – VİDEO

Sharing is caring!


Hindistanın cənub-şərqindəki Tamil Nadu ştatında “Miçaunq” qasırğası nəticəsində azı 17 nəfər ölüb.

Məlumata görə, fəlakətin ən çox tüğyan etdiyi Çennay əyalətində insanların çoxu alçaq ərazilərdə boğulma və elektrik naqillərinin qırılması nəticəsində elektrik cərəyanı vurması üzündən ölüb, bir neçə nəfər xilas edilib.

Qeyd edək ki, qasırğa güclü külək və leysanla müşahidə olunub ki, bu da Çennay və onun ətrafındakı ərazilərdə həyatı iflic vəziyyət gətirib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, son iki gündə şəhərə 330 mm-dən çox yağıntı düşüb. Ölənlərin sayında artım gözlənilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir