Dünya

Məşhur qatil cütlük dünyada ən reytinqli oyunun növbəti ssenarisi oldu – FOTO/VİDEO

Sharing is caring!


“Rockstar Games” studiyası “Grand Theft Auto” (GTA) seriyasındakı yeni oyunun ilk treylerini yayımlayıb. Video sızma səbəbindən planlaşdırılandan bir neçə saat əvvəl yayımlanıb və “YouTube”da cəmi 9 dəqiqə ərzində bir milyon bəyənmə toplayıb (hazırda 5,6 milyon).

Oyunun 2025-ci ildə çıxacağı vəd edilir.

“GTA VI” seriyasındakı hadisələr qondarma Leonid dövlətində cərəyan edəcək, Vays Siti (Vice City) onun şəhərlərindən biri olacaq.

Oyun tarixində ilk dəfə əsas personajlardan biri qadındır. Qəhrəmanların adları Lusiya və Ceysondur. Süjet qatil cütlükdən bəhs edən “Boni və Klayd” hekayəsinə əsaslanır.

Qeyd edək ki, 2013-cü ilin sentyabrında buraxılan “GTA V” seriyası dünyanın ən populyar oyunlarından biri olub – 10 il ərzində 160 milyondan çox nüsxə satılıb.

“Rockstar Games” studiyası və “Netflix” yayım xidməti “GTA” remasterlərinin trilogiyasını smartfonlarda buraxmağa razılaşıb. İstifadəçilər onları “App Store”, “Google Play” və “Netflix” xidmətinə daxil edilmiş rəqəmsal mağazadan endirə biləcəklər.

Mənbə: 360tv.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir