Asiya

Türkiyəyə getmək istəyənlərin nəzərinə

Sharing is caring!

Martın 15-dən etibarən Türkiyəyə səfər edəcək şəxslər “Türkiyəyə giriş anketi”ni doldurmalı olacaqlar.

XəbərAl.az xəbər verir ki, bununla əlaqədar olaraq Türkiyənin Səhiyyə Nazirliyi ölkəyə səfər edən şəxslərin tibbi məlumatlarının qeyd olunduğu anketi təkmilləşdirib.

Qeyd olunur ki, xaricdən hava yolu nəqliyyatı ilə Türkiyəyə gələn şəxslər 72 saat içərisində “register.health.gov.tr” saytına daxil olaraq, təqdim edilmiş anketi doldurmalıdırlar.

Anket tamamlanandan sonra isə onun ya kağız daşıyıcıda, ya da mobil cihazlarda surətini özünüzlə götürmək məcburidir.

Sözügedən anketin sərnişinlər tərəfindən doldurulub-doldurulmadığı uçuşdan əvvəl aviaşirkət tərəfindən yoxlanılacaq.

Qeyd edək ki, elektron anketi doldurmaq məcburiyyəti tranzit sərnişinlərə aid deyil.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir