Dünya

Hərbçilərimiz Türkiyədə təlimdə: Şərti dəniz minaları zərərsizləşdirildi – FOTO

Sharing is caring!


Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Nusret-2023” beynəlxalq hərbi təlimləri çərçivəsində şərti minalar zərərsizləşdirilib.

Bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, “C-130” tipli təyyarə ilə havadan dənizə şərti minalar düzülüb. Sonra dalğıclar həmin “mina”ları zərərsizləşdiriblər.

Həmçinin, şərti əməliyyat zamanı “yaralanan” şəxsi heyətin təxliyəsi həyata keçirilib.

Qeyd edək ki, təlimlərdə Azərbaycanla yanaşı, Bəhrəyn, Braziliya, Bolqarıstan, Cənubi Koreya, Filippin, Küveyt, Malayziya, Pakistan və Oman hərbçiləri iştirak edirlər.

Qeyd edək ki, təlimlər sabah, dekabrın 6-da başa çatacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir