Siyasət

Bakıda səfərdə olan iranlı admiral: “Azərbaycan bizim dostumuz və qonşumuzdur” – FOTO

Sharing is caring!


İran və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq çərçivəsində Bakıya səfər edən İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla, daha sonra Hərbi Dəniz Qüvvələrinin komandanı Sübhan Bəkirovla görüşüb və danışıqlar aparıb.

“Azad İran” “Telegram” kanalı bu barədə İran mətbuatına istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani Azərbaycan Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrində və ali təhsil mərkəzlərində olub.

Səfərin başlanğıcında iranlı admiral deyib:

“Müsəlman ölkəsi olan Azərbaycan bizim dostumuz və qonşumuzdur. Şübhəsiz ki, bu səfərdə əsas məqsədlərimiz müdafiə diplomatiyası və xüsusilə dəniz diplomatiyası sahəsində əlaqələrimizi dərinləşdirməkdir”.

Onun sözlərinə görə, səfərin daha bir məqsədi birgə sahələrdə əlaqələrin genişləndirilməsi, o cümlədən bütün səviyyələrdə, xüsusən də hərbi təhsil, birgə təlimlərin, hərbi yarışların təşkili və birgə dəniz patrullarının keçirilməsidir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir