İdman

“İnter”dən darmadağın: Lautaro Martines A Seriyasının tarixinə düşdü – VİDEO

Sharing is caring!


İtaliya A Seriyasının VII turunda “İnter” “Salernitana”nın qonağı olub.

Oxu.Az xəbər verir ki, qarşılaşma Milan təmsilçisinin böyük hesablı qələbəsilə başa çatıb – 0:4.

Hər dörd qolu Lautaro Martines vurub. 54-cü dəqiqədə meydana çıxan argentinalı forvard 62, 77, 85 (pen.) və 89-cu dəqiqələrdə fərqlənərək pokerə imza atıb.

L.Martines bu göstərici ilə A Seriyasının tarixinə düşüb. O, yarışda qələbəyə görə üç xalın verildiyi periodda, yəni 1994/95 mövsümündən bəri meydana sonradan çıxıb dörd qol vurmağı bacaran ilk oyunçu ünvanını qazanıb.  

Qələbədən sonra xallarını 18-ə çatdıran “İnter” birinci pillədədir. “Milan”ın da eyni sayda xalı var. “Salernitana” isə üç xalla 18-cidir.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir