Dünya

Florian Zenqstşmit turizm təhsilinin əhəmiyyətindən danışıb

Sharing is caring!


“Azərbaycanda turizm sektorunda çalışanların 80%-dən çoxu bu sahədə təhsilin vacib olduğunu hesab etmir”.

Media.Az xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turizm sahəsində ixtisaslaşmış təhsil müəssisələrinin birinci iclası çərçivəsində Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmit deyib.

Onun sözlərinə görə, bu, turizm sənayesinin nümayəndələri arasında keçirilən sorğu zamanı üzə çıxıb.

“Respondentlərin təxminən 20%-i bu sahədə təhsilin vacib olduğunu bildirib. Qalanları turizmdə uğur qazanmaq üçün bilik, təcrübə və dil biliklərinin vacib olduğuna inanır”, – deyə F. Zenqstşmit bildirib.

Paneldə çıxış edən İƏT ölkələrindən olan nümayəndələr bu sahədə təhsilin vacib olduğunu vurğulayıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir