Dünya

Misirdə prezident seçkiləri respublikadan kənarda başlayıb

Sharing is caring!


Misirdə ölkə xaricində dövlət başçısı üçün ümumi seçkilər başlayıb.

Bu barədə yerli xəbər portalı məlumat yayıb.

Yeni Zelandiyada yerləşən Misir vətəndaşları prezident seçkilərində səs vermək üçün seçki məntəqələrinə gəliblər.

Misirlilərin respublika başçısının seçkisində səs verdikləri ilk seçki dairəsi Yeni Zelandiyanın paytaxtı Vellinqtonda yaradılıb. Yeni Zelandiyadakı Misir icmasınına aid olan insanların sayı, səfirliyin məlumatına görə, təxminən 5 min nəfərdir.

Misir Milli Seçki Komissiyasının sənədlərinə əsasən, seçki komissiyalarının yaradıldığı hər bir dövlətdə və ya regionda dekabrın 1-də yerli vaxtla saat 09:00-da seçki məntəqələri səsvermə üçün açılır.

Qeyd edək ki, Vellinqton ilə Qahirə arasındakı vaxt fərqi 11 saatdır.

Misirdən kənarda prezident seçkiləri dekabrın 1-dən 3-dək keçiriləcək. Ümumilikdə dünyanın 121 ölkəsində 137 seçki komissiyası yaradılıb. Misir ərazisində prezident seçkiləri dekabrın 10-12-də keçiriləcək.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir