Dünya

Məşhur aktrisa xərçəngin sümüklərinə yayıldığını açıqlayıb – FOTO

Sharing is caring!


“Charmed” və “Beverly Hills, 90210” seriallarının ulduzu Şannen Doherti xərçəng xəstəliyinin 4-cü mərhələsi aşkar edilib. Xərçəng artıq sümüklərə yayılıb.

Bu barədə o, müsahibəsində bildirib.

“Mən ölmək istəmirəm. Mən hələ yaşamımı sonlandırmamışam. Mən hələ də sevməyə davam edirəm. Mən yaradıcılığıma son qoymamışam. Vəziyyətin yaxşıya doğru dəyişəcəyinə ümidini itirməmişəm”, – deyə 52 yaşlı aktrisa bildirib.

Qeyd edək ki, 2015-ci ildə Doertiyə süd vəzisinin xərçəngi diaqnozu qoyulub. 2017-ci ildə müalicə kursundan sonra remissiya baş verib, lakin üç il sonra müayinə zamanı ulduza 4-cü mərhələdə bədxassəli şiş diaqnozu qoyulub. 2023-cü ilin iyun ayında o, pərəstişkarlarına beyindəki metastazlar və əməliyyat olunduğu haqqında məlumat verib.

Şennen Doerti “iHeartRadio”da memuar üslubunda “Gəlin aydınlıq gətirək” (Let’s Be Clear) adlı podkastını təqdim etmək qərarına gəlib. O, televiziya və kino karyerası, xərçənglə səkkiz illik mübarizəsi və s. haqqında danışacaq. İlk buraxılış dekabrın 6-a planlaşdırılıb.

Mənbə: snob.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir